Maştağada fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan 2 nəfərin vəziyyəti açıqlanıb.
 




Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.
 
Məlumata görə, bu gün saat 01:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən çağırış daxil olub. 
 
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Xəsarət alan 2 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
 
Müxtəlif yanıq xəsarətləri alan şəxslərin müalicəsi hazırda Yanıq Mərkəzində davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.