Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanat yayıb.


Moderator.az XİN-ə istinadən məlumat verir ki, bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.






"Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımırıq", - bəyanatda vurğulanıb.