Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az-ın xəbərinə görə, qəza rayonun Sarısu qəsəbəsi ərazisində qeydə alınıb.






Hərəkətdə olan “Niva” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı kanala düşüb. Nəticədə avtomobildə olan 5 nəfər xəsarət alıb.


Xəsarət alanlardan 4-ü İran vətəndaşı, 1-i isə Saatlı rayon sakinidir.


İran vətəndaşları — 1968-ci il təvəllüdlü Gholamhossein Sareban Gholamreza oğlu, 1959-cu il təvəllüdlü Alireza Mohajer Ashoor oğlu, 1977-ci il təvəllüdlü Ali Kekani Bijan və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh Khodaverdi oğlu, həmçinin 1970-ci il təvəllüdlü Saatlı rayon sakini Ağayev Mirnamiq Mirəziz oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Yaralılara ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.


Faktla bağlı araşdırma aparılır.