Qazax rayonunun Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.








FHN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 1 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.


Ətraf ərazilər yanğından mühafizə olunub.