Rusiya hava hücumundan müdafiə qüvvələrinin ölkənin müxtəlif bölgələri üzərində 34 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv etdiyi bildirilir.
Moderator.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, sentyabrın 24-də Bakı vaxtı ilə saat 09:00-dan 21:00-dək hava hücumundan müdafiə sistemləri Belqorod və Kursk vilayətləri, Krım və Qara dəniz akvatoriyası üzərində ümumilikdə 34 PUA-nı vurub.
Hadisələrin mümkün nəticələri, dağıntı və ya xəsarət alanlarla bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 24-də daha əvvəl də sutka ərzində çoxsaylı Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı.