Yevlaxda kanaldan kişi meyiti tapılıb.
 




Moderator.az xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib.
 
İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb.
 
Faktla bağlı araşdırma aparılır.