Bu gün biz müasir Azərbaycan ədəbiyyatının görkəmlı nümayəndəsi, sözün məsuliyyətini və ağırlığını anlayan və anladan söz sərrafı Seyran Səxavətin 80 illık yubileyini hörmət və ehtiramla qeyd edirik.
Seyran Səxavət böyük mənada Sözün özüdu. Seyran Səxavət Azərbaycan nəsrinə yeni nəfəs, yeni düşüncə tərzi gətirmiş sənətkarlardandır. Onun əsərlərində insan taleyı, zamanın sərt sınaqları və cəmiyyətlə fərdin mürəkkəb münasibətləri yüksək bədıı ustalıqla əks olunur. Seyran Səxavətin dili sadə və düşündürücüdür. O, adi hadisələrin içində böyük mənalar axtarır və oxucunu mənəvi hesabata vadar edir.
"Daş evlər", "Yəhudi əlifbası" kimi əsərlərində Seyran Səxavət yalniz cərəyan edən hadisələri təsvir etmir, o, insanın daxilinə enir, onun susqunluğunu danışdırır, görünməyən ağrılarını sözə çevirir. Bunların arxasında dərin fəlsəfi qat dayanır. Seyran Səxavətin qələmi həqiqəti bəzəmir, onu olduğu kimi göstərir. Elə buna görə də onun əsərləri oxucunu rahat buraxmır, düşündürür, sorğu suala çəkir, özü ilə üz-üzə qoyur.
Seyran Səxavət müasir Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu, psixoloji dərinliyi və həyat həqiqətlərini səmimi ifadə etməsi ilə seçilən nadir istedad sahiblərindən biridir. Onun yaradıcılığında insan taleyi, vətən sevgisi, mənəvi axtarişlar, zamanın ağrıları əsas mövzulardandır.
Bu gün biz təkcə böyük yazıçının yox, həm də böyük ürək sahibi Seyran Səxavətin 80 illık yubileyini qeyd edirik.
SEYRAN müəllim-80 il. Bu rəqəmin içində neçə bahar, neçə payız, neçə sevinc, neçə nisgıl var. Mənim ana dilimdə nisgil sözünün çox anlami var. Böyük Turan, Böyük Azərbaycan bu nisgildən keçir. Amma bir həqiqət var ki, Sizin sözə sədaqətiniz, insana sevgınız dəyişməz qalıb. Siz əsərlərinizlə ürəklərə yol tapdiniz. Sizin qəhrəmanlarınız bəzən susdu, bəzən ağridı, sonucda ümidlə ayağa qalxdı. Dediyiniz kimi, insan bəzən öz içində itir, tapdiği yol da onu özünə qaytarmır. Amma yenə ümidlə sabaha baxır. Çünki yaşamaq inamdan başlayır. Bax Siz oxucuya bu inamı aşiladınız.
80 illik ömür! Bu təkcə zaman göstəricisi deyil. Bu ədəbiyyata, sözə, millətin mənəvi yaddaşina xidmətlə keçən şərəfli bir yolun göstəricisidir. Bu illərin arxasında böyük təcrübə, xatirələr, neçə-neçə yaxşılıqlar dayanır. Bu yubiley şəxşi yubiley deyil, həm də Azərbaycan ədəbiyyatının yubileyidir.
Sizi tanıyanlar bilir ki, Siz təkcə istedadlı qələm sahibi yox, həm də səmimi dost, ürəyi kövrek insansiniz. Seyran Səxavət bu gün burada olması azrulanan dostları ücün darıxır.
Bu böyük söz sərrafı, söz zərgəriylə eyni dövrdə yaşamaq, sözünü eşitmək, onunla ünsiyyətdə olmaq inanın ki, bir tale naxışıdır. Siz bizə öyrətdiz ki ədəbiyyat təkcə yazmaq deyil, həm də yaşamaqdır ,,hiss etməkdir, insan dərdinə biganə qalmamaqdır. Qələminiz həqiqətin tərəfində oldu. Bu, ən böyük sənətkarlıqdır. 80 yaş doğrudan da bir zirvədir. Amma bu sözümüz hələ də yol gedir. Nə yaxşı ki, Seyran Səxavət adlı sözümüz var. Qürurumuz, Mərhəmət, Səxavət, Sərvət adlı sonsuz üfüqlərə qədər ucalan zirvəmiz var. Yolunuz hər zaman sübh şəfəqləriylə naxışlansın, ömrünüzün müdriklik zirvəsi mübarək olsun, əziz Seyran Səxavət!
Sizi gözləyən illər saglamlıq, rahatliq, sevinc dolu gəlsin Söz səltənətinin zirvəsi SEYRAN SƏXAVƏT! Dəyərli Sözünüz əsrlərin sınağından keçərək gələcək nəsillərə örnək olacak. Dağlardan gəlib çəni unutmayan Seyran Səxavət, qələminiz iti, sözünüz ötkəm qalsın!
Zöhrə Əliyeva,
Müstəqil jurnalıst