Bakı-Gəncə avtomobil yolunda qəza baş verib.
Moderator.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
"Kia" markalı avtomobil "Qazel' markalı maşınla toqquşub. İlkin məlumata görə, hadisə zamanı "Kia" markalı avtomobilin 18 yaşlı sürücüsü Qurban Həsənov xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb hər iki avtomobilin sürücüsünün yol-hərəkəti qaydalarına düzgün əməl etməməsi olub.
Faktla bağlı araşdırma başlanılıb.