Ağcabədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az BAKU.WS-ə istinadən xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobillə "VAZ - 2107" markalı minik maşını toqquşub.
 
Qəza nəticəsində iki qardaş, Göyük kənd sakinləri, Novruz Cəfərov və Tələt Cəfərov hadisə yerində ölüblər.
 
Faktla bağlı araşdırma aparılır.