Tovuzda iki məktəblini maşın vurub.


Moderator.az xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.






İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib.


Faktla bağlı araşdırma başlanılıb.