Ağstafada parkda qətl hadisəsi baş verib.






Moderator.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki parklardan birində qeydə alınıb.


Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib.


İlkin məlumata görə, cinayəti törətməkdə 1993-cü il təvəllüdlü Sabir Şükürov şübhəli bilinir.


Keçirilən əməliyyat tədbirləri nəticəsində S. Şükürov saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.


Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.