Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.


Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.






Belə ki, "Prado" markalı avtomobil yolu keçmək istəyən Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Püstəxanım Bahadır qızı Hüseynovanı vuraraq öldürüb.


Faktla bağlı araşdırma aparılır.