Ağsu rayonunda meşədə yanğın törədən şəxs saxlanılıb.
 




Moderator.az xəbər verir ki, hadisə sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndi ərazisində baş verib.
 
Kənd ərazisində ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
 
Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.