Quba-Xınalıq yolunda sürüşmə olub.
 




Moderator.az APA-ya istinadla xəbər verir ki, sürüşmə yolun "Nazlı bulaq" kimi tanınan hissəsində baş verib, yola qum və palçıq axıb.
 
Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.
 
Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.