Bərdədə şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
 




Baş Prokurorluğun Mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
 
İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam edir.
 
10:08
 

Bərdə sakini həmkəndlisini qətlə yetirib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Molla Əhmədli kəndində qeydə alınıb.
 
2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqla qətlə yetirilib. Onu 1996-cı il təvəllüdlü Cavad Hüseynovun bıçaqladığı bildirilir.
 
İlkin məlumata görə, qonaqlıqda yeyib-içən zaman onların arasında mübahisə yaranıb. Mübahisə C.Hüseynovun evinin qarşısında davam edib. C.Hüseynov E.Rüstəmovu ürək nahiyəsindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
 
C.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.