Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə bağlı olan "SavunmaSanayiST.com" portalı məlumat yayıb.
Qeyd edək ki, KASIRGA bu gün Bakıda keçirilən ADEX 2026-da ilk dəfə təqdim olunur. Onun maksimum qalxış kütləsi 33 kiloqramdır. Şaquli qalxıb-endiyinə görə uçuş-enmə zolağı tələb etmir. İdarəetməsi avtonom uçuş, vizual mövqeləndirmə, sensor məlumatlarının sintezinə əsaslanır. Əməliyyat radiusu 60-90 kilometrdir. Maksimum sürəti 222 km/saat-dır. Hündürlüyü və qanad eni 1.7 metrdir.
PUA kamikadze rejimində olanda hədəfi müəyyən edir və üzərinə dalış edərək 5 kq döyüş başlığı ilə onu məhv edir. Kəşfiyyat-müşahidə rejimində isə EO kamera ilə kəşfiyyat aparır və missiyadan sonra bazaya qayıda bilir. Bu baxımdan, adi birdəfəlik kamikadze dronundan daha funksional aparatdır.