“Ey Allahım! Narahatlıq və kədərdən; zəiflik və tənbəllikdən; qorxaqlıqdan və ruhdan düşkünlüyündən; xəsislikdən və borc yükündən və başqalarının zülmündən Sənə sığınıram..."- Məhəmməd Peyğəmbər əleyhissəlam
 




“Yalnız cəsur insanlar Allahdan başqa heç kimdən qorxmadan həyatda irəliləyə bilərlər...”
 
“Hər kəsin uğur qazanmağa çalışdığı bugünkü dünyada məhsuldarlıq — gündəlik tapşırıqları müəyyən səviyyədə yerinə yetirmək bacarığı — çox vacib bir keyfiyyətdir. Bu, şəxsi əhval-ruhiyyədən, vəziyyətdən, situasiyadan, xarici mühitdən və başqaları ilə qarşılıqlı əlaqələrdən asılı olmayaraq tətbiq olunur. Və bu kontekstdə uğur yalnız biznes və ya karyera ilə bağlı deyil; bu, ümumiyyətlə həyatda uğurla bağlıdır”.
 
Moderator.az-ın aktuallığını nəzərə alaraq tərcümə etdiyi “İslam-Today” nəşrində dərc olunmuş 
“Müsəlmanların uğur qazanmasına mane olan 8 maneə” başlıqlı məqalədə belə deyilir.
 
Məqalənin ardını da olduğu kimi dəyərli oxucularımızın nəzərinə çatdırırıq:  
 
“Kiminsə məhsuldar qalmasına kömək etmək üçün bir dua olub-olmadığını düşünürdüm. Məhəmməd Peyğəmbərin (s.a.s) narahatlıq zamanı oxuduğu məşhur bir duanı xatırladım və bu duanın məhsuldar bir müsəlman üçün nə qədər faydalı olduğunu anladım:
 
 وَالْعَجْزِ وَالْکسلِ وَالْبُخْلِ وَالْجُبْنِ وَضلَعِ الدَّيْنِ 
 
“Vəl-əczi vəl-kəsəli vəl-buxli vəl-cübni və dalə‘id-deyn...”
 
"Ey Allahım! Narahatlıq və kədərdən; zəiflik və tənbəllikdən; qorxaqlıq və ruh düşkünlüyündən; xəsislikdən və borc yükündən və başqalarının zülmündən Sənə sığınıram..."
 
Bu duada Allahdan qorunma dilədiyimiz bütün elementlərə nəzər salsaq, başa düşə bilərik ki, uğura çatmaq üçün qarşımıza çıxan əngəllər məhz onlardır. Məhz onıar bizi yerində saymağa məcbur edir və irəli getməyimizə mane olur...
 
Əgər bu keyfiyyətlərdən qurtula bilsəydik, həyatda daha uğurla irəliləyə bilərdik. Bəz daha yaxşı olmağımıza mane olan həmin xüsusiyyətlər hansılardır?
 
Narahatlıq və kədər:
 
İnsan narahatlıq, həyəcan və kədər hiss etdikdə, bir şeyə diqqət yetirə bilmir, dincliyini itirir - məhsuldarlığı azalır. Fikirləri yalnız bundan necə qurtulmaq üzərində cəmləşir və irəliləyə bilmir. Bu Göstərilən Peyğəmbər (ə.s.) duasını edin ki, Allah sizə rahatlıq versin...
 
Zəiflik və tənbəllik:
 
Zəiflik insanın bir şeyi edə bilməməsi, tənbəllik isə insanın bunu etmək istəməməsidir. Onlar bir-biri ilə əlaqəlidirlər. İnsan daim bir şeyi etməkdə tənbəllik etdikdə, nəticədə sadəcə bunu edə bilmədiyinə inanmağa başlayır və beləliklə, zəiflik göstərir və bir çox fürsəti əldən verir. Uca Allahdan tənbəllik və zəiflikdən xilas olmasını diləyin, çünki insanın həyat keyfiyyəti birbaşa bundan asılıdır...
 
Qorxaqlıq və laqeydlik:
 
Məhsuldar olmaq üçün vaxt, çalışma və cəhd göstərmək gərəkdir. Bütün bunlar isə cəsarət tələb edir. Yalnız cəsur insanlar Allahdan başqa heç kimdən qorxmadan həyatda irəliləyə bilərlər...
 
Borc yükü və  başqalarının zülmü:
 
Kiməsə borclu olmaqdan daha məyusedici bir şey yoxdur. Buna görə də Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz davamçılarına yoxsulluqdan və zülmdən qorunmaq üçün bir çox dualar öyrətmişdir ki, onlardan biri də təqdim etdiyimiz duadır...
 
Belə gözəl dualar həmişə bizim ibadətlərimizdə və həyatımızda olmalıdır. Çünki heç kim sadalanan keyfiyyətlərdən və şəraitdən sığortalana bilməz; onlardan qorunmaq və vəziyyətimizin yaxşılaşması yalnız Uca Allahın əlindədir...
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın