Samirə Yusifqızı və qızı Fərəh müğənni Mətanət Əsədova ilə küsülülüyə son qoyublar.
 




Bu haqda Samirə Yusifqızı özü Moderator.az-a açıqlama verib:
 
"Biz küsülü idik. Çünki qızım və mənim haqqımda efirdə "tərbiyəsiz, əxlaqsız" sözlərini işlətmişdi. Buna görə ondan küsmüşdüm. Dünən Pişik Günelin ad günündə bizi barışdırdılar. Özü də üzr istədi və səhv etdiyini boynuna aldı. Biz ayrı-ayrı masalarda oturmuşduq. Üzümü çevirib yanından keçdim. Heç o tərəfə baxmırdım. Oynamağa durdum, qızım dedi ki, "ana, mən ondan kiçiyəm, gedib görüşəcəm". Fərəh gedib onu öpdü. Mətanət xanım da dedi ki, "mən söhbətin məğzini bilmirdim, sadəcə belə alındı". Sonra qızım məni çağırdı. Əvvəlcə etiraz etdim, sonra fikirləşdim ki, ölüm-itim dünyasıdır. Ona görə barışdıq".