Gəncədə məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Şagirdlər xəstəxanaya yerləşdirildi
01 Oct 2026, 14:28 24 baxış 2 dəq oxuma
Gəncə şəhərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şagirdlərin adları məlum olub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, zəhərlənənlər S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyevadır (2017).
Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər.
İlkin məlumata əsasən, şagirdlər oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.
***
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, Gəncədə olan məktəblərin birində təhsil alan 5 şagird zəhərlənib.
Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.