Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var.


Moderator.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.






Belə ki, "Jiquli" markalı avtomobillə digər minik maşını toqquşub.


İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər yaralanıb.


Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.


Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.


Faktla bağlı araşdırma aparılır.