"Cənab prezidentin doğum günümdən bir gün öncə "Şərəf" ordeni ilə təltif etməsi məni hədsiz sevindirdi. Allah cənab prezidentin, Mehriban xanımın canını sağlam, ömrünü uzun etsin. Onlar mənim sadə əməyimə çox böyük qiymət verdilər. Allah onları həmişə sevindirsin. Həyatımın ən qiymətli anlarını yaşayıram".


Bunu Moderator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin kafedra müdiri, eks Təhsil Naziri Misir Mərdanov deyib.






O daha sonra sabahkı doğum günü planından danışıb:


"Doğum günümü sabah övladlarımın, nəvə və nəticələrimin əhatəsində Novxanıdakı bağ evimdə keçirəcəm. Yəqin ki, onlar gəlib həm ad günümü, həm də ordenə layiq görülməyim münasibəti ilə məni təbrik edəcəklər. Arzularımdan biri də cənab prezidentin etimad göstərərək, yenidən məni mükafatlandırması idi..Bu da oldu. Mənim indiyə qədər 4 mükafatım olub. Onun birini-"Əməkdar elm xadimi"-ni Ulu Öndər Heydər Əliyev verib. "Şöhrət", " Vətənə 1-ci dərəcəli "Vətənə xidmətə görə", "Şərəf" ordenlərini isə İlham Əliyev mənə təqdim edib. Bundan böyük arzum yoxdur. Mən də ömrümün sonuna qədər Ulu Heydər Əliyevin siyasi xəttinə, bu xətti uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin siyasətinə xidmət etməyə hazıram. Nə qədər ki, canımda can var vətənim üçün çalışmağa hazıram" deyə Misir Mərdanov bildirib.