Tovuzda yanğın hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb.






1981-ci il təvəllüdlü Nuriyyə Hüseynova yanğın zamanı ölüb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da onun öldüyü müəyyən edilib. 


Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.