Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Lesotonun Müstəqillik Gününü təbrik edib.
 




Moderator.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
 
"Lesotonun Milli Bayramı münasibətilə Lesoto Krallığının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Bayramınız mübarək!", - paylaşımda deyilir.
 
Xatırladaq ki, ölkə (keçmiş adı ilə Basutoland) 4 oktyabr 1966-cı ildə Böyük Britaniyadan müstəqillik qazanaraq suveren dövlətə çevrilib.