Dağıstan Müftiliyinin təsisçisi olduğu “İnsan” Xeyriyyə Fondu respublikanın Əmək Nazirliyinin dəstəyi ilə “Qayğı” adlı yeni sosial layihəyə start verib.
 




Moderator.az xəbər verir ki, layihə hərəkət imkanları məhdud olan vətəndaşlar — əlilliyi olan şəxslər, yaşlılar və digər ehtiyacı olan insanlar üçün nəzərdə tutulub.

“Qayğı” sosial taksisinin əsas məqsədi bu kateqoriyadan olan insanların şəhər daxilində daha rahat və əlçatan şəkildə hərəkət etməsinə imkan yaratmaqdır. Layihə gündəlik həyatında xüsusi dəstəyə ehtiyacı olan vətəndaşlara yardım göstərməklə yanaşı, ünvanlı sosial xidmətlərin inkişafına töhfə verməyi hədəfləyir.
 
Layihə çərçivəsində hərəkət imkanları məhdud vətəndaşlar üçün gedişlər pulsuz olacaq. Xüsusi avtomobillər onları tibb və sosial xidmət müəssisələrinə aparacaq.
 
İlk mərhələdə “Qayğı” layihəsi Mahaçqal şəhərini əhatə edəcək. Şəhərdə 8 avtomobil fəaliyyət göstərəcək. Gələcəkdə layihənin Dağıstanın digər şəhərlərində də həyata keçirilməsi planlaşdırılır.
 
Sosial taksi layihəsinin rəsmi açılış mərasimi sentyabrın 30-da Mahaçqaladakı Mərkəzi Cümə məscidinin həyətində keçirilib.
 
S.Laçın