Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.






Belə ki, 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub.


Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.


(report)