Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
 




Moderator.az xəbər verir ki, bu oyun günündə 8 matç baş tutacaq.
 
A Liqasının I qrupunda Fransa millisi Belçikanı qəbul edəcək, İtaliya isə Türkiyə ilə qarşılaşacaq.
 
B Liqasının II qrupunda Şimali İrlandiya Gürcüstanla, Ukrayna isə Macarıstanla üz-üzə gələcəklər. B Liqasının IV qrupunda Bosniya və Herseqovina Polşanı qəbul edəcək, Rumıniya isə İsveçlə qarşılaşacaq.
 
C Liqasının II qrupunda Kipr - Latviya, Monteneqro - Ermənistan görüşləri baş tutacaq.

UEFA Millətlər Liqası


5 oktyabr


A Liqası, I qrup


22:45. Fransa - Belçika;


22:45. İtaliya - Türkiyə.


B Liqası, II qrup


22:45. Şimali İrlandiya - Gürcüstan;


22:45. Ukrayna - Macarıstan.


B Liqası, IV qrup


22:45. Bosniya və Herseqovina - Polşa;


22:45. Rumıniya - İsveç.


C Liqası, II qrup


20:00. Kipr - Latviya;


22:45. Monteneqro - Ermənistan.