Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
 




Moderator.az xəbər verir ki, idmançı 1/8 finalda italiyalı Valerio Akkolyiyə uduzub.
 
Qeyd edək ki, idmançımız 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırmışdı.
 
11:44
 

Ruslan Paşayev dünya çempionatında 1/8 finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan cüdoçusu Ruslan Paşayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
 
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda türkmənistanlı Serdar Rahimovu məğlub edib.