Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.




 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə monqolustanlı Uranzaya Bayanmunxa məğlub olaraq medal qazanmaq şansını itirib.
 
13:50
 

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşıb və məğlub olub.
 
Buna baxmayaraq G.Məmmədəliyevanın medal qazanmaq şansı qalır. O, təsəlliverici görüşdə qalib gələrsə, bürünc medal uğrunda yarışmaq hüququ qazanacaq.
 
Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.
 
13:17
 
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Avstraliya təmsilçisi Tinka Eastonla üz-üzə gəlib.
 
Rəqibini məğlub edən G.Məmmədəliyeva növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşacaq.
 
Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.
 

12:17
 

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
 
Moderator.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 finala yüksəlib.
 
Nizami İmranov və Turan Bayramov məğlub olub, Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni davam etdirir.