Qaxda ölümlə nəticələnən yol qəzası olub.
Moderator.az-ın xəbərinə görə, hadisə gecə saatlarında qeydə alınıb.
Kamran Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb. Nəticədə 17 yaşlı sərnişin Elcan Muxtarov ölüb, digər sərnişinlər 16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.