Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
 




Moderator.az xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq.
 
A Liqasının III qrupunda Xorvatiya İspaniyanı qəbul edəcək, İngiltərə isə Çexiya ilə qarşılaşacaq.
 
B Liqasının I qrupunda Şotlandiya Sloveniya ilə, İsveçrə isə Şimali Makedoniya ilə üz-üzə gələcək.
 
C Liqasının I qrupunda Albaniya San-Marinonu qəbul edəcək, Belarus isə Finlandiya ilə qarşılaşacaq.
 
C Liqasının III qrupunda Qazaxıstan Farer adalarını qəbul edəcək, Moldova isə Slovakiya ilə üz-üzə gələcək.
 
C Liqasının IV qrupunda Estoniya İslandiya ilə, Lüksemburq isə Bolqarıstanla qarşılaşacaq.
 
​Oyunların cədvəli və turnir vəziyyəti:

​6 oktyabr


​A Liqası


3-cü qrup


22:45. Xorvatiya – İspaniya


22:45. İngiltərə – Çexiya


Xal durumu: İspaniya – 9, İngiltərə – 6, Xorvatiya – 3, Çexiya – 0.


​B Liqası


1-ci qrup


22:45. Şotlandiya – Sloveniya


22:45. İsveçrə – Şimali Makedoniya


Xal durumu: İsveçrə – 9, Sloveniya – 4, Şotlandiya – 4, Şimali Makedoniya – 0.


​C Liqası


1-ci qrup


22:45. Albaniya – San-Marino


22:45. Belarus – Finlandiya


Xal durumu: Finlandiya – 7, Albaniya – 6, Belarus – 4, San-Marino – 0.


​3-cü qrup


18:00. Qazaxıstan – Farer adaları


Xal durumu: Slovakiya – 7, Moldova – 4, Farer adaları – 3, Qazaxıstan – 1.


​4-cü qrup


22:45. Estoniya – İslandiya


22:45. Lüksemburq – Bolqarıstan


Xal durumu: İslandiya – 7, Estoniya – 5, Lüksemburq – 3, Bolqarıstan – 1.