İsmayıllı rayonunda 29 yaşlı şəxs bıçaqlanıb.
Moderator.az xəbər verir ki, hadisə gecə saatlarında restoranlardan birinin qarşısında baş verib.
Bakı şəhər sakini 1997-ci il təvəllüdlü İmam Bağırov bıçaq xəsarəti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
29 yaşlı şəxs əməliyyat olunub.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma başlanılıb.