Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünə bu gün start veriləcək.
 




"Report" xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçiriləcək.
 
"Şəki" "Qaradağ Lökbatan"ın, "Ağstafa Gəncləri" "Şəmkir"in qonağı olacaq.
 
Azərbaycan Kuboku
 
I təsnifat mərhələsi
 
7 oktyabr
 
14:30. "Qaradağ Lökbatan" – "Şəki"
 
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
 
Hakim-inspektor: Zöhrab Qədiyev.
 
AFFA nümayəndəsi: Törə Əhmədova.
 
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
 
14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"
 
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
 
Hakim-inspektor: Munis Abdullayev.
 
AFFA nümayəndəsi: Mahal Məmmədov.
 
Şirvan Olimpiya İdman Kompleksinin stadionu
 
Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.