Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
 




Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Sibqatullah Arabı ipponla məğlub edib.
 
Ömər Rəcəbli növbəti mərhələdə mübarizəni davam etdirəcək.
 
Qeyd edək ki, cüdoçumuz növbəti mərhələdə özbəkistanlı Murodjon Yuldoşevlə qarşılaşacaq.