Vüsal Qələndərzadə dünya çempionatının 1/8 finalında mübarizəni dayandırdı - YENİLƏNİB
07 Oct 2026, 14:32 19 baxış 2 dəq oxuma
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Moderator.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində qazaxıstanlı Abilayxan Zubanazara cərimə xalları hesabına məğlub olub.
13:10
Vüsal İsgəndərli 1/16 final mərhələsində tatami üzərinə çıxıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz estoniyalı Saad Dikajev ilə münasibətlərə aydınlıq gətirib.
Vüsal İsgəndərli bu rəqibini də ipponla məğlub edib.
O, 1/8 finalda Qazaxıstan təmsilçisi Ayblayxan Zubanazar ilə qarşılaşacaq.
Qeyd edək ki, cüdoçumuz 1/32 final mərhələsində Bolqarıstan təmsilçisi Hristo Valkovu vaxtından əvvəl ipponla məğlub etmişdi.
11:34
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Vüsal Qələndərzadə tatami üzərinə çıxıb.
Moderator.az xəbər verir ki, kişilərin -81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/32 final mərhələsində Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşıb.
Cüdoçumuz rəqibini məğlub edərək 1/16 finala vəsiqə qazanıb. O, bolqar idmançını vaxtından əvvəl ipponla məğlub edib.