Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxacaq.
Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində serbiyalı Mihaylo Siminə məğlub olub.
Azərbaycan təmsilçisi təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçlə qarşılaşacaq.
13:51
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.
Moderator.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevi məğlub edib.
O, 1/4 finalda serbiyalı idmançı Mixaylo Simin ilə qarşılaşacaq.
12:34
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Sibqatullah Arabı ipponla məğlub edib.
Ömər Rəcəbli növbəti mərhələdə mübarizəni davam etdirəcək.
Qeyd edək ki, cüdoçumuz növbəti mərhələdə özbəkistanlı Murodjon Yuldoşevlə qarşılaşacaq.