Millimiz AVRO-2028 seçmə mərhələsinin püşkatmasında hansı səbətdə yer alacaq?
07 Oct 2026, 14:15 15 baxış 1 dəq oxuma
Azərbaycan milli komandası 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2028) seçmə mərhələsinin püşkatmasında 5-ci səbətdə yer alacaq.
Moderator.az xəbər verir ki, həmin səbətdə yığmamızla yanaşı, Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn komandaları da qərarlaşıb.
Püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək. UEFA-nın məlumatına görə, komandalar 12 qrupa bölünəcək.
Seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında keçiriləcək.