Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Moderator.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarla qarşılaşıb.
Rəqibinə qalib gələn Z.Tçkayev qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. O, finalda gürcüstanlı idmançı Tato Qriqaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, A.Zubanazar bürünc medal uğrunda Ömər Rəcəbli ilə üz-üzə gələcək.
15:02
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanaraq yarımfinala yüksəlib.
Moderator.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belçikalı Mattias Kasse ilə qarşılaşıb.
Z.Tçkayev rəqibinə qalib gələrək turnirin yarımfinalına vəsiqə əldə edib.
13:57
Zelim Tçkayev dünya çempionatında növbəti görüşə çıxıb.
Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/8 finalda Nugzari Tatavaşvili ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
12:13
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Zelim Tçkayev mübarizəyə başlayıb.
Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən qoşulub.
Tçkayev bu mərhələdə Moldovadan olan rəqibi Viktor Sterpu ilə qarşılaşıb. Görüşü qələbə ilə başa vuran təmsilçimiz rəqibini üstələyərək 1/8 final mərhələsinə vəsqə qazanıb.