Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında mübarizəsini dayandırıb.
Moderator.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən milli üzvü 1/8 final mərhələsində Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.
Beləliklə, Elcan Hacıyev turnirdə medal uğrunda mübarizəni davam etdirə bilməyib.
12:12
Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda təşkil olunan dünya çempionatında növbəti qələbəsini qazanıb.
Moderator.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/16 final mərhələsində kanadalı Kiqan Yanqı məğlub edib.
E.Hacıyev 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambu ilə qarşılaşacaq.
11:04
Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Moderator.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/32 final mərhələsində ABŞ təmsilçisi Aleksander Knaufla qarşılaşıb.
Rəqibini məğlub edən E.Hacıyev 1/16 finala yüksəlib.
Cüdoçumuz bu mərhələdə kanadalı Kiqan Yanqla üz-üzə gələcək.