Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Moderator.az xəbər verir ki, millimizin üzvü 1/4 finalda Aleksa Mitroviçi məğlub edib.
M.Fətiyev yarımfinalda yaponiyalı Qoki Tayima ilə qarşılaşacaq.
14:02
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni uğurla davam etdirir.
Moderator.az xəbər verir ki, milli üzvü 1/8 final mərhələsində Estoniya təmsilçisi Klen Kristofer Kalyulayd üzərində qələbə qazanıb.
Bu nəticə ilə 1/4 finala yüksələn M.Fətiyev növbəti görüşündə fransalı Aleksa Mitroviçlə qarşılaşacaq.
12:27
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
Moderator.az xəbər verir ki, milli üzvü 1/16 final mərhələsində Yunanıstan təmsilçisi Teodoros Tselidisi məğlub edib.
Qeyd edək ki, M.Fətiyev 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydla qarşılaşacaq.