Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.


Moderator.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydova qalib gəlib.






Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.