Bu gün Misli Premyer Liqasında VII turun oyunlarına start verilir.
 




Moderator.az xəbər verir ki, turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək.
 
Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
 
Günün digər matçında isə "Neftçi" "Sabah"la üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.

Misli Premyer Liqası


VII tur


8 oktyabr


16:00. "Araz-Naxçıvan" - "Kəpəz";


19:30. "Neftçi" - "Sabah".