Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur.
 




Moderator.az xəbər verir ki, son oyun günündə növbəti mərhələyə adlayacaq son komandanın adı bəlli olacaq.
 
İlk mərhələnin son matçında "Ağdaş" ilə "Hypers" üz-üzə gələcək. Saat 14:30-da başlayacaq qarşılaşma Ağdaş şəhər stadionunda təşkil olunacaq.
 
Qeyd edək ki, mərhələnin əvvəlki oyunlarında "Marafon" "Dinamo"nu, "Kür-Araz" "Şirvan"ı, "Qaradağ Lökbatan" "Şəki"ni, "Zəngəzur" "Difai"ni, "Ağstafa Gəncləri" isə "Şəmkir"i mübarizədən kənarlaşdırıb.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

9 oktyabr

14:30. “Ağdaş” – “Hypers”


Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Ağdaş şəhər stadionu.