Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Zelim Kotsoyev növbəti görüşünü keçirib.
 




Moderator.az xəbər verir ki, cüdoçumuz 1/16 finalda Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gəlib.
 
Təmsilçimiz bu mərhələdə də ipponla rəqibini məğlub edib.
 
O, 1/8 finalda Rusiya təmsilçisi Arman Adamian ilə münasibətlərə aydınlıq gətirəcək.
 
10:57
 

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizəyə başlayıb.
 
Moderator.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu kişilərin -100 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
 
Kotsoyev yarışa 1/32 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olub.
 
Təmsilçimiz vaxtından əvvəl ipponla qələbə qazanıb. O, 1/16 finalda Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gələcək.
 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.