Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 10-da yeddinci yarış gününün görüşləri keçiriləcək.
 




Moderator.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrində mübarizə aparacaq.
 
Qadınların +78 kq çəki dərəcəsində Madina Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
 
Kişilərin +100 kq çəki dərəcəsində Camal Qamzatxanov 1/32 finalda Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
 
Uşanqi Kokauri və Kənan Nəsibov isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
 
Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
 
Qeyd edək ki, görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.