Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
 




Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Sərəncamla komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
 
Komissiyanın sədri
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Komissiya sədrinin müavini
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
 
Komissiyanın üzvləri:
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini
 
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
 
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
 
Qax Rayon İcra Hakimiyyətinin başçısı
 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
 
Samux Rayon İcra Hakimiyyətinin başçısı
 
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
 
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini
 
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi
 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi"nin sədri
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini.