Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.
 




Moderator.az xəbər verir ki, qadınların +78 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində İtaliya təmsilçisi Asya Tavano ilə üz-üzə gəlib.
 
Görüş rəqibin qələbəsi ilə başa çatıb və Kaisinova dünya çempionatını medalsız başa vurub.