Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.
Moderator.az xəbər verir ki, o, 1/16 finalda Nikita Sviridi (Xorvatiya) üstələyib.
Milli üzvü növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
12:04
Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başlayıb.
Moderator.az xəbər verir ki, kişilərin +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 final mərhələsində Çili təmsilçisi Fransisko Solislə üz-üzə gəlib.
Qamzatxanov rəqibini ipponla vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, C.Qamzatxanov 1/16 finalda Xorvatiya cüdoçusu Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.