Kənan Nəsibov dünya çempionatında ilk görüşündə qələbə qazanıb.
Moderator.az xəbər verir ki, 1/16 final mərhələsində mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə qarşılaşıb.
Nəsibov almaniyalı rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.
O, 1/8 finalda Yakiv Khammo (Ukrayna) ilə üz-üzə gələcək.