Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında mübarizəyə başlayıb.
 




Moderator.az xəbər verir ki, o, 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevlə qarşılaşıb.
 
Görüşün nəticəsinə əsasən, dünya çempionatının mükafatçısı olan Kokauri rəqibini ipponla məğlub edib.
 
Təmsilçimiz 1/8 finalda Yakup Sordul (Polşa) ilə münasibətlərə aydınlıq gətirəcək.