Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında növbəti görüşə çıxıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz yarımfinalda Finlandiya idmançısı Martti Puumalainen ilə qarşılaşıb.
Görüşün nəticəsinə görə, Uşanqi Kokauri finala vəsiqə qazanıb.
14:16
Dünya çempionatında 100+kq çəki dərəcəsində 1/4 final qarşılaşmaları davam edir.
Moderator.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın iki təmsilçisi - Uşanqi Kokauri və Kənan Nəsibov qarşı-qarşıya gəlib.
Görüşün nəticəsinə əsasən, Uşanqi Kokauri yarımfinala vəsiqə qazandı.
14:03
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında növbəti görüşə çıxıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda Yakup Sordul (Polşa) ilə münasibətlərə aydınlıq gətirib.
Görüşün nəticəsinə əsasən, o, 1/4 mərhələyə yüksəlib.
Uşanqi bu mərhələdə digər təmsilçimiz Kənan Nəsibovla qarşılaşacaq.
12:56
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında mübarizəyə başlayıb.
Moderator.az xəbər verir ki, o, 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevlə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, dünya çempionatının mükafatçısı olan Kokauri rəqibini ipponla məğlub edib.
Təmsilçimiz 1/8 finalda Yakup Sordul (Polşa) ilə münasibətlərə aydınlıq gətirəcək.